DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya oyunu başa çatıb.
Hafta.az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Albert Qudmundsson və Sverrir İnqason vurublar.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.
*** 21:42
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan-İslandiya oyunu keçirilir.
Hafta.az-ın məlumatına görə, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüşdə hesab açılıb.
Oyunun 20-ci dəqiqəsində İslandiya millisinin futbolçusu Albert Qundmundsson fəqrlənib.
Qarşılaşmanı Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edir.